Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Misirdə ölənlərin sayı 300 nəfəri keçdi

05.03.2020 11:29

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məscidə terrorçuların hücumu nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.

Об этом сообщает Руспрес

A24.Az “Report”a istinadən xəbər verir ki, ölənlərin 27-si uşaqdır.

Terror zamanı 109 nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, cümə günü əl-Ariş şəhərindən 40 km aralıda yerləşən əl-Raud kəndindəki məsciddə namaz zamanı partlayış baş verib. Bundan sonra hücum edən terrorçular məsciddən qaçan insanlara atəş açmağa başlayıblar. Şahidlərin sözlərinə görə, yaraqlılar həmçinin yaralıları daşıyan təcili yardım maşınlarına atəş açıblar.

Misir prezidenti Əbdül Fəttah əs-Sisi bildirib ki, hücum cəzasız qalmayacaq, terror qurbanlarının qisası alınacaq və biz terrorizmə qarşı mübarizəni davam etdirəcəyik.

Baş verən hadisə ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub.