Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul etdi

05.03.2020 11:29

Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsi  müzakirəyə çıxarılıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az-ın məlumatına görə, layihə barədə Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat verib.

Layihəyə əsasən, qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilir: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalaviriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Layihə səsə qoyularaq qəbul olunub. (APA)