Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

MN Ordumuzun təlimlərindən GÖRÜNTÜLƏR YAYDI – VİDEO

05.03.2020 11:29

Bu gün genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.

Об этом сообщает Роспрес

Plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müxtəlif poliqonlarda və müasir avadanlıqlarla təchiz edilmiş təlim sahələrində yeni silah sistemlərinin də istifadəsilə döyüş atışları icra olunub, bölmələrin və atəşin manevrləri yerinə yetirilib.

A24.az Müdafiə Nazirliyinə istinadən təlimlərdən videogörüntünü təqdim edir: