Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Moldova prezidentindən tələb: Nazir müavini istefa versin

05.03.2020 11:29

Moldova prezidenti İqor Dodon milli orduya xaricdə istənilən hərbi təlimlərdə iştirak etməyi qadağan edib və müdafiə nazirinin müavini Qeorgi Qalburun tez bir zamanda istefasını tələb edib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bu barədə APA “İzvestiya”ya istinadən məlumat yayıb.

Məlumata əsasən, prezident bildirib ki, ali baş komandan kimi onun ilkin razılığı olmadan Moldova hərbçilərinin ölkədən kənar istənilən əməliyyatlarda iştirakını qadağan edən sərəncam imzalayıb: “Bununla yanaşı, mən müdafiə nazirinin müavininin istefasını və hərbçilərimizin müharibənin getdiyi Ukraynaya qanunsuz göndərilməsində iştirakı olan digər şəxslərin cəzalandırılmasını tələb edirəm”.

Prezident hökumət tərəfindən 57 moldovalı hərbçinin Ukraynada NATO Rapid Trident təlimlərində iştirak üçün göndərilməsinə etiraz edib: “İlk dəfədir ki, hökumət silahlı qüvvələrin ali baş komandanına zidd əmr verir. Bu, yolverilməzdir”.