Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Moskva niyə daxili bazarını Azərbaycanın kənd təssərrüfatı məhsullarına bağlayır? – AÇIQLAMA

05.03.2020 11:29

“Əgər Moskva Azərbaycanın kənd təssərrüfatı məhsullarının Rusiya bazarına girişinə qadağalar qoyursa, rəsmi Bakının Dağıstana investisiya yatırması, ortaq müəssisələr açması problematikdir”.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu son günlərdə Azərbaycanın kənd təssərrüfatı məhsullarının Rusiyaya ixracına ciddi maneələr yaradılmasını siyasi baxımdan şərh edərkən deyib.

Politoloq bildirir ki, Rusiyada anti-Azərbaycan bloku fəallaşıb:

“Rusiya-Azərbaycan sərhədində yük maşınları uzun növbələrdə dayanırlar. Azərbaycanın kənd təssərrüfatı məhsullarının Rusiyaya ixracına ciddi maneələr yaradılır. Son günlərdə Rusiyanın gömrük işçiləri Azərbaycandan gətirilən tonlarla əti və pomidor məhsullarını geri qaytarıblar. Rusiya gömrükçüləri Azərbaycan məhsullarına qadağanı iki səbəblə izah edirlər. Birincisi, deyirlər ki, guya Türkiyə Azərbaycan üzərindən Rusiya bazarına kənd təssərrüfatı məhsulları, o cümlədən pomidor daşıyır. Məlumdur ki, Rusiya Türkiyə pomidorlarının daxili bazara girişinə qadağanı ortadan qaldırmayıb.

İkincisi, deyirlər ki, guya Azərbaycanın bəzi məhsulları sanitar normalara cavab vermir. Rusiya gömrükçülərinin bu iki izahı həqiqəti əks etdirmir. Ola bilər ki, hansısa biznesmen Türkiyədə yetişdirilən pomidor məhsullarını Azərbaycan üzərindən Rusiyaya keçirmək istəyib. Ancaq bu geniş miqyas almayıb. Tam tərsinə, Azərbaycanda yetişdirilən kənd təssərrüfatı məhsullarının Rusiya bazarına çıxarılmasına ehtiyac var. Müstəqil mütəxəssislər Azərbaycanın kənd təssərrüfatı məhsullarının sanitar normalara uyğun olduğunu bildirirlər”.

Bəs onda Moskva niyə daxili bazarını Azərbaycanın kənd təssərrüfatı məhsullarına bağlayır?

Siyasi şərhçinin sözlərinə görə, məsələ burasındadır ki, Azərbaycan artıq postneft dövrünə keçib:

“Azərbaycan prezidenti İlham Əliyev ölkənin enerji satışından asılılığını azaltmağı hədəf qoyub. Bunun üçün qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasına ehtiyac var. Əsas diqqət kənd təssərrüfatı məhsullarına yönəlib. Azərbaycan kənd təssərrüfatı məhsulları üçün ən münbit Rusiya bazarıdır. Çünki Azərbaycan üçün başqa bazarlarda bu qədər kənd təssərrüfatı məhsulunu satmaq çətindir. SSRİ dövründə də Azərbaycanın əsas kənd təssərrüfatı məhsulları Rusiyanın şəhərlərində satılırdı. Ancaq hazırda Rusiya bazarına giriş qadağan edilirsə, bu, Azərbaycanda kənd təssərrüfatı istehsalına mənfi təsir edəcək. Rusiya hakimiyyəti bunu bilir və Azərbaycanda kənd təssərrüfatının inkişafına yardım etmək istəmir. Əksinə Moskva süni maneələrlə Azərbaycanla iqtisadi əlaqələrin artmasına imkan vermir. Halbuki, bəzi rusiyalı rəsmilər Azərbaycanın kənd təssərrüfatı məhsullarının başqa ölkələrin eyni adlı məhsullarından keyfiyyətli olduğunu bildirirlər. Bu cür qadağalar Azərbaycanla Dağıstan arasındakı əlaqələrin inkişafına da xidmət etmir. Halbuki, Dağıstan prezidenti Ramazan Abdulatipov Azərbaycanın Dağıstana investisiya qoymasını istəyir. Əgər Moskva Azərbaycanın kənd təssərrüfatı məhsullarının Rusiya bazarına girişinə qadağalar qoyursa, rəsmi Bakının Dağıstana investisiya yatırması, ortaq müəssisələr açması problematikdir”.

“Rusiya Türkiyə və Belarusla da eyni cür davranır. Belarus Rusiyanın strateji müttəfiqidir, ancaq Rusiya gömrükçüləri uzun müddət Belarusun kənd təsərrüfatı məhsullarının Rusiyaya girişinə qadağa qoydu. Yenə eyni səbəbi göstərdilər, guya Polşa Belarus üzərində Rusiyaya meyvə məhsulları daşıyır. Tutaq ki, meyvələrin Belarusa məsus olmadığından şübhələnmək olardı. Ancaq Moskva Belarusun süd məhsullarının da Rusiya bazarına məhdudiyyətlə yaradırdı. Həmin məhsullar isə sırf Belarusa aid idi. Görünür, Moskva bu yolla Rusiyanın daxili bazarını qorumağa və yerli kənd təssərrüfatı məhsullarının istehsalının artımına çalışır. Ancaq bu cür qadağalar Rusiyanın özünə də zərər verir. Məsələn, Rusiya Türkiyə pomidoruna qadağa tətbiq edərkən, Türkiyə Rusiyadan taxıl almaqdan imtina etdi. Bu Rusiyada taxıl istehsalına mənfi təsir edəcək, çünki taxıl üçün Türkiyə əvəzinə yeni bazarlar tapmalıdır”, – deyə politoloq əlavə edib.