Moskvada 250 nəfər bomba xəbərdarlığı ilə təxliyyə edildi
05.03.2020 11:29Moskvanın Leninqrad şosesində fəaliyyət göstərən bazardan 250 nəfər bomba xəbərdarlığı ilə bağlı anonim zənglə əlaqədar təxliyyə edilib.
A24.Az xəbər verir ki, bu barədə “İnterfax” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, polisə Leninqrad bazarı ərazisində partlayıcı maddə barəsində məlumat daxil olub. Hazırda bazardan təxminən 250 nəfər köçürülüb.
Ərazidə kinoloqlar və hüquq-mühafizə orqanlarının əməkldaşları işləyir.
Об этом сообщает Руспрес

