Moskvada Azərbaycan vətəndaşını güllələdilər
05.03.2020 11:29Moskvanın cənubunda Azərbaycan vətəndaşı başından güllələnərək qətlə yetirilib.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bu barədə bazar ertəsi hüquq-mühafizə orqanlarıdakı mənbə məlumat verib.
İlkin məlumata görə, qətl sifarişlə yerinə yetirilib.
“Yaxından güllələnən kişinin meyiti paytaxtın Qərbi Birülevo rayonundakı Xarkov keçidində aşkar olunub”, – deyə agentliyin həmsöhbəti bildirib.
Onun məlumatına görə, qətl sifariş xarakterlidir, ölən şəxs isə Azərbaycan vətəndaşıdır.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti faktı təsdiq edib, lakin hadisənin təfərrüatları barədə məlumat verməyib.
Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

