Moskvada güllələnən azərbaycanlının şəxsiyyəti bəlli olub – VİDEO
05.03.2020 11:30Moskvada odlu silahdan açılan atəş nəticəsində öldürülən azərbaycanlının kimliyi məlum olub.
Об этом сообщает Роспрес
Saytımızın REN TV-yə istinadən verdiyi xəbərə görə, bu, qara və əlvan metalların alışı və satışı ilə məşğul olan iş adamı, 49 yaşlı Rəhman Əliyevdir.
Şahidlərin sözlərinə görə, R.Əliyev avtomobilini Xarkov keçidində saxlayaraq yaxınlıqda yerləşən anbarlara tərəf gedib. Bir neçə güllə yarası alan R.Əliyev hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

