Moskvada iki təyyarəni ildırım vurub
05.03.2020 11:30Moskvaya eniş etməyə hazırlaşan iki sərnişin təyyarəsini ildırım vurub.
Об этом сообщает Руспрес
Bu barədə “İnterfaks”a xüsusi xidmətlərdə olan mənbə məlumat verib.
“Məlumata görə, bu ərəfədə Həştərxandan “Vnukovo” və Praqdan “Şeremetyevo” hava limanına uçan təyyarələri ildırım vurub. Sərnişin və heyət üzvləri arasında xəsarət alan yoxdur”, – mənbə bildirib.
O bildirib ki, enişdən sonra füzelyajların xaricində zədələr aşkar edilib.
“Təyyarələrdən birində füzelyajın üzərindəki bir neçə bərkidici əriyib, digərində isə stabilizatorlardan birində zədələnmə aşkar edilib”, – mənbə bildirib. //Oxu.Az

