Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mossad qadın kəşfiyyatçılar axtarır

05.03.2020 11:30

İsrail kəşfiyyat xidməti Mossad israilli gənc qadınları sıralarına qatmaq üçün yeni kampaniyaya start verib. A24.Az xəbər verir ki, bu barədə İsrail qəzetlərində elan verilib.

Об этом сообщает Руспрес

“Güclü bir qadın axtarılır, bizim üçün nə etdiyi önəmli deyil, önəmli olan sənin kim olduğundur. Mossad xüsusi xarakterə sahib, güclü kəşfiyatçı axtarır”-deyə verilən elanda bildirilir.

Sosial mediada da yayımlanan elanda gənc qadınlara xitab edilərək bildirilib ki, bu həm də onlar üçün bir təcrübədir.

” Qadınların çətin tapşırıqlarda yüksək performans, hər vəzifəyə tam istedad və qeyri-müəyyənlik ehtiva edən şəraitdə iş şərtlərini gözə almaları gərəkdir”-deyə sosial şəbəkələrdə verilən elanda diqqətə çatdırılıb.

Ölkə xaricində göstəriləcək xidmətin bir parçası olduğu bildirilən elanı İsrail baş nazirinin mətbuat xitmətinin rəhbəri Ofir Gendelman da öz tvitter hesabında ərəbcə yerləşdirib.

“Mossada qatılmaq istəyərsən? Mossad qeyri normal şərtlərdə işləyə bilən, güclü xarakterə və yüksək performansa sahib kəşfiyyatçı qadınlar yetişdirmə kampaniyasına start verib”-deyə baş nazirin sözcüsü bildirib.

شكرا وتحياتي لكل المتابعات اللواتي راسلنني وأبدين اهتمامهن في الإعلان. https://t.co/jK0ljQud2t

— Ofir Gendelman (@ofirgendelman) 3 января 2017 г.