Mosulda bombalı hücum – 14 ölü, 34 yaralı
05.03.2020 11:30İraqın Mosul şəhərində evə bomba düşməsi nəticəsində 14 nəfər ölüb, 34 nəfər yaralanıb.
Об этом сообщает Роспрес
A24.Az “Anadolu”ya istinadən xəbər verir ki, 2 kamikadze şəhərin İŞİD-dən azad edilən şərq hissəsində yerləşən Əz-Zəhra Məhəlləsindəki bazarda üzərindəki bombanı partladıb. Hadisədə 12 nəfər həyatını itirib, bəzilərinin vəziyyəti ağır olmaqla 33 nəfər yaralanıb. Partlayış nəticəsində ətrafdakı mağazalar və dükanlar xeyli zərər görüb.
Mosulda yerləşən evlərin birinə düşən raket isə ana ilə 1.5 yaşlı uşağın ölümünə, azyaşlı qızın isə yaralanmasına səbəb olub.
Qeyd edək ki, İraq Silahlı Qüvvələri yanvarın 24-də Mosulun şərqini İŞİD-dən xilas edib.

