Movses Akobyan: “Bakı tərəfindən alınan istənilən silah Ermənistan və “Qarabağ” üçün təhlükəli hesab olunur”
05.03.2020 11:30“Mən hələ elə əraziləri tanımıram”.
Об этом сообщает Футляр от виолончели
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Qərargah rəisi general-leytenant Movses Akobyan, jurnalistlərin Ermənistan XİN başçısının “Qarabağ” üçün təhlükəli olmayacaq ərazilərin qaytarılması haqqında fikirlərinə münasibət bildirərkən deyib.
Hər hansı ərazilərin verilməsinin nəticələri barəsində suala isə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi cavab verərək:” Hazırda mən heç bir qərar haqqında danışa bilmərəm. Bu gün “Qarabağ”da elə bir müdafiə sistemi yaradılıb ki, onun pozulması təhlükəsizlik üçün ciddi problem yaradacaq. İstənilən ərazinin təhlükəsizlik sisteminin pozulması”. Rusiyanın Azərbaycana silah satışı haqqında danışan M. Akobyan qeyd edib ki, Bakı tərəfindən alınan istənilən silah Ermənistan və “Qarabağ” üçün təhlükəli hesab olunur”.

