Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

MTRŞ sədri ATV-də baş verənlərə münasibət bildirdi

05.03.2020 11:30

“ATV kanalı rəhbərliyində baş verən dəyişiklik bizim yox, təsisçilərin verdiyi qərardır. Bundan sonra ATV-nin necə fəaliyyət göstərəcəyini yeni rəhbərlik müəyyən edəcək. Bizim işimiz isə ölkənin televiziya mühitini təhlil etmək və verilişlərlə bağlı rəylərimizi verməkdir”.

Об этом сообщает Футляр от виолончели

A24.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu gün ATV rəhbərliyində baş verən dəyişikliklə bağlı deyib.

Onun sözlərinə görə, ATV-dəki məlum verilişlərlə bağlı dəfələrlə kanal rəhbərliyinə iradlarını bildirib: “Bizim üçün əsas məsələ telekanallarda  Azərbaycan dövlətçiliyinin təbliğatı, milli mənəvi dəyərlərin qorunması və Azərbaycan dili ilə bağlı məsələlərdir”.

N. Məhərrəmli kanalda narazılığa səbəb olan verilişlərin bağlanmasından da danışıb:

“Bu verilişlərin bağlanması yerində atılmış addımdır”.

MTRŞ sədri həmçinin qeyd edib ki, televiziyaların monitorinqi qurumun gündəlik işidir və bu nəzarət bütün telekanallara bərabər səviyyədə aparılır.