Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mübariz Mənsimov türkiyəli aktrisanın əri ilə stəkan davasına çıxdı

05.03.2020 11:30

Bir neçə gün öncə Türkiyədə “İstinye Park”da fransız restoranının açılışı zamanı dava düşüb. 

Об этом сообщает Руспрес

Saytımız “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Hurriyet” yazır. Məlumata görə, açılış mərasiminə qatılanlar arasında aktrisa Nur Fettahoğlu ve əri Levent Veziroğlu da olub. Bundan başqa, açılışda məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimov da iştirak edib.

Əyləncəylə başlayan gecə xoşagəlməz şəkildə bitib. Qəzet yazır ki, Veziroğlu ilə Mənsimov arasında səbəbi bilinməyən gərginlik yaşanıb. Getdikcə mübahisə böyüyüb və qonaqların bir-birinə stəkan atmağı ilə sonlanıb. Qeyd edilir ki, davanı sakitləşdirmək üçün hətta araya digər qonaqlar giriblər. Bundan sonra hər iki məşhur mərasimi tərk edib.