Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mübariz Qurbanlı azərbaycanlı zəvvarların sərhəddə saxlanılmasına aydınlıq gətirdi

05.03.2020 11:30

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gün İraq-İran sərhədində 500 azərbaycanlı zəvvarın saxlanılması məsələsinə aydınlıq gətirib.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, M.Qurbanlı jurnalistlərə bildirib ki, Azərbaycanda dini yerlərlə, ziyarətlərlə əlaqədar qaydalar var:

“Ziyarəti təşkil edən şirkətlər Dövlət Komitəsinin razılığını aldıqdan sonra bu fəaliyyəti həyata keçirməlidir. Burada yalnız Həcc ziyarəti istisnadır. Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsinin icazəsi ilə həyata keçirilir. Digər dini yerlərə getmək üçün Dövlət Komitəsindən icazə almaq lazımdır. Amma çox təəssüf ki, bu şirkətlər belə hərəkətlərini qeyri-qanuni həyata keçirirlər. Burada onlar viza problemləri ilə üzləşirlər”.

M.Qurbanlı əlavə edib ki, bununla bağlı təkliflər verilib: “Həmin qruplar ziyarətə aparılırsa, kimlərin getməsi məsələsi aydınlaşdırılmalıdır. Çünki yüzlərlə insan ziyarət adı altında xarici ölkələrə aparılır və müəyyən qruplar tərəfindən təsir altına alınır”.Trend