Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Müəllim şagirdi döyərsə… – EKSPERTLƏR DANIŞIR

05.03.2020 11:31

Astara rayonu Şiyəkəran kəndində Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə müəllim şagirdi döyüb. Şagirdlərin bildirdiyinə görə, həmin müəllimin adı Namiq Qəhrəmanovdur. Həmin məktəbdə müəllimin şagirdi döydüyü anlar kameraya düşüb.
A24.Az sosial şəbəkələrdə yayılan müəllimin dərs otağında 9-cu sinif şagirdi Əkbərov Etibar Qalib oğlunu döyməsi videosuna aydınlıq gətirmək üçün araşdırma aparıb. Şagirdlərin çəkib internetə ötürdüyü videoda şagirdi döyən şəxsin Namiq Qəhrəmanov adlı müəllimin olduğu bildirilib.
Astara rayon təhsil şöbəsindən məsələ ilə bağlı bildirildi ki, Nizami rayon adına 1 saylı məktəbin direktoru Teymur Heydərova və müəllim Namiq Qəhrəmanova töhmət verilib. Məktəb direktoru Teymur Heyderovun internete sızan video ilə bağlı hələ dekabr ayında cəzalandırıldığını bildirildi.
Direktor T. Heydərov müəllim Namiq Qəhrəmanovun psixoloji hec bir problemi olmadığını, sadəcə əsəbələrini cilovalaya bilmədiyi üçün belə bir davranış nümayiş etdirdiyini bildirib. Direktorun sözlərinə görə, müəllim Namiq Qəhrəmanova şiddətli töhmət verilib və son xəbərdarlıq edilib. Müəllim həmin məktəbdə fəaliyyətini davam etdirir, sadəcə olaraq həmin sinifdə tədris prosesindən azad edilib.
Təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, təəssüflər olsun ki, son illər ərzində bir sıra Azərbaycan orta məktəblərində direktor və müəllimlər bizim eşitdiyimiz, gördüyümüz kimi yox, Afrikanın cəngəllik üsulları ilə vəzifəsini icra edir.
“Əlbəttə ki, tarixə nəzər salsaq, görərik ki, şagirdlər həmişə müəllimi, öyrədəni tərəfindən fiziki cəzaya məruz qalıb. Bu, sovet dönəmində daha çox yayılmışdı. Hətta müəllimi tərəfindən döyülən şagird daha yaxşı nəticələr əldə edirdi. Bilirsiz, o dövrdə şagird dərsə hazırlıqsız gələndə cəzaya məhkum edilirdi. İndi isə nizam-intizam qaydalarını pozmasına görə. Bu videonu izləyəndə mən belə başa düşdüm ki, müəllim ali təhsil alanda bilik yox, şagirdləri necə cəzalandırmağı öyrənib. Qanunvericilik aktlarına görə, müəllim heç bir halda şagirdi fiziki cəhətdən cəzalandıra, onun şəxsiyyətini alçalda bilməz. Bilirsiz, hər kəs deyəcək ki, müəllimin də əsəbi var, onun da problemləri var. Əlbəttə ki, bu belədir. Amma heç bir şey müəllimə icazə vermir ki, şagirdə qarşı zorakılıq etsin.
Ekspert qeyd etdi ki, maraqlı məsələ odur ki, bu neqativ halların baş verdiyi məktəblər diaqnostik qiymətləndirmədən keçən məktəblərdir. Deməli, həmişə qeyd etdiyim kimi, müəllimlərin təkcə savadının yoxlanılması azdır, onların psixoloji vəziyyəti də yoxlanılmalıdır. Deyirəm ki, bu müəllimlərin əmək haqqı hələ azdır bunlar belə edir, gör indi deputatın maaşı qədər olsa bəzi müəllimlər nə edər? Deməli, müəllim işləyənlərin müəyyən hissəsi bu ada layiq deyil. Onlar vəzifəsindən azad edilməlidir və onların əmək haqqı digər nümunəvi, şagirdlər tərəfindən sevilən müəllimlərə verilməlidir.
Orta məktəblərdə müəllimlər tərəfindən şagirdlərə qarşı neqativ halların baş verməsinin günahkarı məktəb direktorlarıdır. Onlar hansısa yolla vəzifəyə təyin olunublar və məktəbdə düzgün idarəetmə sistemi yarada bilməyiblər. Çünki o direktorların başı qazanc əldə etməyə qarışıb və məktəbdə özbaşınalıq baş alıb gedir. Müəllimlərin etik davranış qaydalarına uyğun olaraq, o, heç bir halda şagirdə fiziki xəsarət yetirə bilməz. Bu, yolverilməz haldır. Sən kimsən ki, mənim əzab əziyyətlə böyüdüyüm övladımı döyürsən? Dərsə hazır deyil, ikisini yaz. Bilirsiz, bir çoxları özlərinə haqq qazandırmaq üçün əmək haqqından şikayət edir. Bu, əlbəttə ki, danılmaz faktdır. Amma belə olmaz. Bir neçə işini bilməyən müəllim bütün müəllimlərin adına ləkə gətirir. Hansısa qeyri-peşəkar müəllim müəllim adını nüfuzdan salır. Videonu izləyəndə açıq şəkildə görünür ki, o müəllim işini düzgün qura bilməyib. Deməli o məktəbdə təkcə direktor yox, həm də metod kabinet öz işini görə bilməyib. Onlar müəllimlə iş aparmalıdır. Ona zaman-zaman təlim kursu keçməlidir.
Psixoloq Elnur Rüstəmov isə məsələnin digər tərəflərindən danışdı. Onun sözlərinə görə, videoya diqqətlə baxıb.
“Burada müəllimin heç bir günahı yoxdur. Müəllimin psixoloji vəziyyətində heç bir problem görmədim. Videoya baxanda da hiss olunur ki, şagirdlər şüurlu şəkildə müəllimin əsəblərini tarıma çəkirlər. İstənilən halda şiddətə qarşıyıq, müəllimin şagirdi bu yöntəmlə cəzalandırması doğru deyil. Amma bu kimi videoların internetdə paylaşılması, ictimailəşdirilməsi də bir o qədər yanlışdır. Son zaman sosial şəbəkələrdə müəllimlərə qarşı qara piar aparılır. Məhz o səbəbdən də, bu kimi videoların sayı günü-gündən artır. Müəllimlərin şagirdləri döyməsi faktı əvvəllər də olub, amma bu qədər ictimailəşdirilməyib. Burada əsas məsələ məktəblərdəki psixoloqlara ştatların ayrılmasıdır. O halda bu kimi hadisələrin sayı azalar, sağlam müəllim şagird münasibətləri hörmət çərçivəsini aşmaz.

Об этом сообщает Роспрес