Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Müəllimi kimin öldürdüyünü deyənə 5 milyon dollar mükafat təyin edildi

05.03.2020 11:31

ABŞ Xarici İşlər Nazirliyi 2012-ci ildə Yəməndə Əl-Qaidəyə məxsus silahlıların Amerika vətəndaşı Coel Şrumun döyülərək öldürülməsinə dair məlumat verənlərin 5 milyon dollarla mükafatlandırılacağını açıqlayıb.

Об этом сообщает Роспрес

A24.Az Anadolu-ya istinadən xəbər verir ki, Şrum cinayətini kimin törətdiyi, planlaşdırdığı və ya kimlərin kömək etdiyi ilə bağlı konkret məlumatı təmin edən şəxslərə 5 milyon dollara qədər mükafat veriləcəyi bildirilib.

2012-ci il martın 18-də Yəmənin Taiz şəhərində silahlı bir şəxs tərəfindən vurularaq öldürülən Şrumun, o dövrdə Yəməndə fəaliyyət göstərən Beynəlxalq Təhsil və İnkişaf Mərkəzində İngilis Dili müəllimliyi etdiyi qeyd edilir.

Hücumdan bir neçə gün sonra verdiyi bəyanatda terror təşkilatının Əl-Qaidənin Yəməndəki qolu cinayəti üzərinə götürüb.