Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mühafizəçilər Del Piyeronu Messinin yanına buraxmayıblar

05.03.2020 11:32

İtaliya millisinin keçmiş hücumçusu Alessandro Del Piyero Moskvada mehmanxanada Messi ilə görüşmək istəyərkən, mühafizəçilər onu içəri buraxmayıblar.

Об этом сообщает Роспрес

A24.az-ın xarici mediaya istinadən xəbərinə görə, paytaxt mehmanxanasının mühafizəçiləri məşhur futbolçunu tanımayıblar. İtaliyalının köməkçiləri və jurnalistlər mühafizəçiləri rus dilində onun kim olduğunu izah etməyə çalışsalar da, bu heç bir nəticə verməyib.

Bir müddət sonra Argentina məşqçilər ştabının nümayəndələrindən biri səs-küyə gələrək anlaşılmazlığa son qoyub. O, Del Piyeronu qucaqlayaraq Messinin yanına aparıb.