Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Müharibə filmimiz pulsuz nümayiş olunacaq – VİDEO

05.03.2020 11:32

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda son illərdə çəkilən uğurlu filmlərimizdən sayılan Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmi nümayiş ediləcək.

Об этом сообщает Руспрес

“Azərbaycanfilm”dən A24.Az -a daxil olan məlumata görə film 24 yanvar saat 15:00-da təqdim olunacaq. Giriş sərbəstdir.
Qeyd edək ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Yarımçıq xatirələr” bədii filminin reejissoru Elxan Cəfərov, ssenari müəllifi Konstantin Vorobyovdur.

Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir. Qəhrəman iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır.