Müharibədən sonra Əl-Babla Hələbin fərqi
05.03.2020 11:32Əl-Babda baş tutan silahlı əməliyyatlardan sonra Türkiyə Silahlı Qüvvələrinin (TSK) işğalçı qüvvələr kimi davranmadığının sübutu olaraq dron ilə çəkilmiş videogörüntülər yayımlanıb.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Fərat Qalxanı əməliyyatında Əl-Babın İŞİD-dən təmizlənməsi aylarla vaxt aparıb. Gərgin və ağır mübarizələrin aparıldığı şəhərdə türklər şəhid də verib. Türkiyə Silahlı Qüvvələri (TSK) və Azad Suriya Ordusu (ÖSO) İŞİD-ə qarşı birlikdə mübarizə aparıb.
Əməliyyatların uzun sürməsinin səbəbi isə İŞİD terroçularının xalqın tərkibinə qarışıb cilddən-cildə girərək gizlənməsi olub.
Türkiyə mediası Türkiyə Silahlı Qüvvələrinin mübarizələr zamanı işğalçı qüvvələr kimi davranmadığını çəkilən videogörüntülərlə isbat etməyə çalışıb. Bunun ən bariz nümunəsi isə Əl-Bab və Hələbin dronla çəkilən görüntülərindəki fərqdir. Belə ki, mübarizələr zamanı Əl-Bab şəhəri qismən zərər görsə də, Hələbdəki görüntülər təəssüf hissi yaradıb.
Saytımız Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:

