Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mundialın Avropa zonasında təsnifat mərhələsi başa çatdı

05.03.2020 11:32

Avropa zonasında futbol üzrə dünya çempionatının təsnifat mərhələsinə yekun vurulub.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, son turda A və B qruplarının qalibləri, həmçinin H qrupundan pley-off mərhələsinə vəsiqə qazanan komanda müəyyənləşib.

A qrupunda birinci yeri doğma meydanda Belarusu 2:1 hesabla məğlub edən Fransa millisi tutub. İkinci pillədə Hollandiyanı vurulan qolların sayına görə qabaqlayan İsveç millisi ikinci olub. Mundialların bəzəyi hesab olunan Hollandiya millisi bu dəfə vəsiqə qazana bilmədi.

B qrupunda son turda İsveçrə üzərində 2:0 qələbə qazanan Portuqaliya yığması qrup birincisi kimi mundiala vəsiqəni təmin edib. İsveçrə isə məğlubiyyətdən sonra ikinci pilləyə düşüb və mübarizəni pley-off mərhələsində davam etdirəcək.

H qrupunda ikinci yeri Gibraltar millisini 4:0 hesabı ilə darmadağın edən Yunanıstan komandası tutub.

Beləliklə, Avropa zonasından DÇ-2018-ə birbaşa vəsiqəni Fransa, Portuqaliya, Almaniya, Serbiya, Polşa, İngiltərə, Belçika və İslandiya yığmaları qazanıblar.

Pley-off mərhələsində isə İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya milliləri mübarizə aparacaqlar. Pley-off mərhələsinin püşkatma mərasimi oktyabrın 17-də keçiriləcək.