Müqəddəs torpaqlarda şəkil və video çəkmək qadağan olundu
05.03.2020 11:32Səudiyyə Ərəbistanında Mətbuat və İnformasiya Müdirliyinin (BYEGM) verdiyi açıqlamaya görə, 12 noyabr 2017-ci ildə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Məkkədəki Məscidi Haram ilə Mədinədəki Məscidi Nəbəvinin içində və bu kimi açıq və qapalı məkanlarda şəkil və videonun çəkilməsinin qadağan olunduğunu bildirib.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, verilən qərarın məqsədi müqəddəs torpaqları qorumaqdır.
Açıqlamasında Səudiyyəyə gələcək ölkələrin lazımi qurumların ziyarətçilərə lazımi məlumatların verməsini tələb edib.
İbadət edən insanlar narahat olur…
Açıqlamada, şəkil və video çəkən cihazların geniş yayılması ilə Məscidi Haram və Məscidi Nəbəviyə gələn ziyarətçilərin öz ölkələrinin bayraqlarını havaya qaldıraraq xatirə şəkli çəkdirməsi, danışıqları ilə ibadət edən insanları narahat etdiyi bildirilib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ibadətlərin daha sağlam şəkildə yerinə yetirilməsi üçün icra ediləcək qanuna zidd hərəkət edildiyi zaman şəkil və video çəkən cihazları alacağını, qanuni şəkildə tədbir görüləcəyini bildirib.
Firuzə Alimova / A24.az

