Müsəlmanlar namazları ilə xristianları özlərindən çıxartdı
05.03.2020 11:32Qranadada katolik məbədinin yaxınlığında qılınan namaz xristianları özündən çıxardı.
Об этом сообщает Футляр от виолончели
Saytımız bildirir ki, “The Local”ın verdiyi məlumata görə, İspaniyanın Qranada şəhərində katoliklər, xristianlar tərəfindən müqəddəs hesab olunan Müqəddəs Məryəm heykəlinin yerləşdiyi Triumf bağında qılınan namaza öz narazılıqlarını bildiriblər.
Müsəlmanların qıldığı namaz, şəhər şurasının icazəsi və sosiolist mer Frasisko Kuensanın təsdiqi ilə həyata keçirilmişdir. Onun fikrincə, bu, Qronadonun sülh və tolerantlıq şəhəri olmasını nümayiş etdirməlidir. İbadətin təşkilatçılarının sözlərinə görə bu tədbir “Ramazanı daha yaxşı başa düşmələri üçün bütün dinlərin davamçılarına açıq idi”.
Qranadanı təmsil edən deputat Luis Salvador, bu barədə öz fikrini: “Cənab Kuensa tolerantlıq və qarşılıqlı hörməti təxribatla qarışıq salır. Triumfdakı Müqəddəs Məryəm heykəli yanında müsəlmanların ibadətidir” – şəklində bildirmişdir.
Ultrasağçı VOX partiyası isə, öz növbəsində əhaliyə, etiraz aksiyasını “bərpa edərək” hakimiyyətin bu cür birmənalı olmayan qərarlarına etiraz etməyi təklif edib.

