Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

MÜSİAD jurnalistlərlə görüş keçirdi

05.03.2020 11:32

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin təşkilatçılığı ilə Noyabrın 25-də yerli jurnalistlərlə görüş keçirilib.

Об этом сообщает Роспрес

A24.az-ın məlumatına görə,  15 iyul – dövlət çevrilişi cəhdinə qarşı Türkiyə xalqının əzmkar mübarizəsini əks etdirən qısa filmin nümayişi ilə başlayan görüş MÜSİAD-ın Azərbaycan İdarə Heyətinin sədri Abdurrahman Uzunun  bu qurumun fəaliyyətinə dair təqdimatla çıxış ilə davam edib.

Həmçinin, türkiyəli iş adamlarının iqtisadiyyatın mənfi təsirlərinin azaldılması istiqamətində azərbaycanlı iş adamları ilə öz təcrübələrini bölüşəcəyini, Türkiyə və Azərbaycan iş adamlarının birgə fəaliyyətinin məqsədəuyğunluğundan söz açıb.

1990-cı ildə İstanbulda qurulan bu iş adamları dərnəyinin 68 ölkədə 181 şöbəsi var, 50 mindən çox müəssisəni və 1,6 milyon işçini əhatə edir.  12 iş adamı tərəfindən təsis olunan MÜSİAD-ın hazırda 11 mindən çox üzvü var. 1 iyun 2017-ci ildən Azərbaycanda fəaliyyətə başlayan MÜSİAD-ın əsas məqsədi milli və beynəlxalq səviyyədə müstəqil və neytral hərəkət edən iş adamları dərnəyi olaraq əvvəlcədən müəyyən edilən prinsip və dəyərləri paylaşaraq üzvlərimizin sayını artırmaq, üzvlərin arasındakı həmrəyliyi inkişaf etdirtmək və öz aramızda təmin etdiyimiz bu birlik və bərabərlik ruhu ilə ölkələrimizin maddi və mənəvi baxımından inkişaf etdirməkdir.

Qeyd edək ki, MÜSİAD Azərbaycana üzv olan şirkətlər inşaat, maliyyə, xidmət, kənd təsərrüfatı, mətbəə sahəsində fəaliyyət göstərir. Birinci ilin sonunda bu şirkətlərin sayı 100, 3 ilin sonunda isə 500 üzvə çatdırılacaq.

Brilyant Rəsulova //A24.az