“Müşkünaz xanım, əriniz bu gün gəlir” – Cavidin yoldaşının başına gələn dəhşət
05.03.2020 11:32Xalqlar atasının (Stalin) gözü qapanmamış SSRİ-də aləm bir-birinə dəyir.
Об этом сообщает Роспрес
Rudenkonun (SSRİ Baş prokuroru Roman Anatolyeviç Rudenko-red.) çəkicinin səsi kəsməmiş İttifaqda böyük islahatlar başlayır. Stalin repressiyasının qara xofunu və müharibənin ağrılarını azlatmaq üçün böyük miqyasda bəraət kampaniyasına start verilir. Milyonlara güllələnmiş, yoxa çıxmış insanlara “yeni həyat” verilir.
O zamanlar bəraət alanlardan biri də 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olan Hüseyn Cavid olur (6 mart 1956-cı il).
Hamının gedəni ya diri, ya da ölü də olsa, qaytımağa başlayır. Amma Hüsyen Cavid bəraət alsa da, onun dönəcəyini kimsə gözləmir.
Çünki hələ 1953-cü ilin ortalarında Müşkünaz xanım Cavidin vəfatı ilə bağlı rəsmi kağızı əldə edə bilir.
Amma baş verən bir hadisə, Müşkünaz xanımı, Cavid yadigarı Turan xanımı həyəcanlandırır. Bir nəfər gəlir Müşkünaz xanım yanına.
Xəbər verir ki: “Cavid gəlir. Bir yerdəydik. Eyni vaxtda bitdi müddətimiz, mən bir az tez çıxdım. O da sabah filan qatarala, filan saatda gəlir. Dedi ki, paltarımı da gətirib qarşılasınlar. Qarşılamağa mənsiz getməyin. Səhər gələcəyəm”.
Doğrudan da sabah həmin adam gəlir. Müşkünaz xanım Cavidin ölümü ilə bağlı rəsmi kağız alsa da, tərəddüddə idi.
İnanmırdı Cavidin yoxluğuna. Budur, artıq şad xəbər də gəldi. Müşkünaz, Turan və həmin şəxs yollanırlar vağzala.
Bu xəbəri başqaları da eşitmişdi. Onun qarşılamağa çıxanların sayı –hesabı yox idi. Perronda xəbər gətirən o şəxs qəflətən yağlı əppək olub yoxa çıxır. İki Cavid yadigarı, o gün gələn bütün qatarları yola salırlar və o gün ilk dəfə Turanın göz yaşları amansız vağzalın perronuna tökülür…
Cavid gəlməmişdi. O şəxs isə qulyabanı kimi qeyb olmuşdu.

