Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mustafa Ceceli ilk dəfə Rusiyada səhnəyə çıxacaq

05.03.2020 11:32

Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli noyabrın 22-də Rusiyada ilk dəfə müusiqisevərlərlə görüşəcək.

Об этом сообщает Руспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Mustafa ceceli Rusiyanın paytaxtı Moskvada yerləşən “Vegas City Hall”da onu sevənlərə musiqi ziyafəti verəcək.

Konserti təşkil edənlər bunun Türkiyə-Rusiya arasındakı mədəni münasibətlərin inkişafında mühüm rol oynayacağını bildirib.

Konserti dinləməyə gələn tamaşaçılardan birinə İstanbula səyahət etmək üçün mükafat veriləcək. Bəxtəvər şəxs mükafatını Mustafa Cecelinin əlindən alacaq.

Qeyd edək ki, Moskvada gerçəkləşdiriləcək Mustafa Cecelinin konsertini Azərbaycan mədəniyyət və incəsənət studiyası (AZSTUDİA) tərəfindən “Sultansoy Production”ın dəstəyi ilə həyata keçiriləcək.

Firuzə Alimova / MTM