Mustafa Sandal boşanma iddiaları ilə bağlı səssizliyini pozdu
05.03.2020 11:33Bildiyimiz kimi Mustafa Sandal ilə Əminə Sandalın evliliyi üzərində qara buludlar dolaşır, yaranan söz-söhbətin səbəbinin isə Əminə Sandalın icsrafçılıq etdiyi irəli sürülüb.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, yayılan xəbərlərdən sonra Əminə Sandal “üzülürəm və tükənirəm” deyib.
Mustafa Sandal isə ilk dəfə səssizliyini pozaraq sosial media hesabından açıqlama verib:
“Uşaqlarımın anası, qiymətlim Əminə Sandalla yaşadıqlarımızı dəyərləndirmə məqamındayıq. Əlbəttə, şəxsi həyatımızın bizə özəl qalmasını istəyirik. Bu günə qədər bu hər zaman belə oldu və olmağa da davam edəcək. Pula görə dalaşmağımız və Əminəni uşaqları tərk edəcəyi haqqında yayılan iddialar da əsla düzgün deyil. Bu uzun müddətli münasibətlərdə ola bildiyi kimi, bizim də zaman-zaman həll etməyə ehtiyac duyduğumuz problemlər ola bilər. Biz bu müddət ərzində sevgili həyat yoldaşım, ailəmiz və uşaqlarımız üçün ən düzgün qərarı verəcəyik. Bu müddət ərzində ailəmizin və iki uşaq anası, dəyərli həyat yoldaşımın tükənməməsi üçün lazımi həssasiyyətin göstərilməsini, şəxsi həyatımızın özəl qalmasını xahiş edirəm. Bu mövzu ilə bağlı sonuncu açıqlamam budur”.
Saytımız sözügedən açıqlamanı təqdim edir:
Firuzə Alimova / A24.az

