Müştərilərin canını boğazına yığan sığorta şirkətləri – HESABAT
05.03.2020 11:33Şirkət bağlansa da, gündəmdən düşmür…
Об этом сообщает Футляр от виолончели
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin noyabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi sığorta şirkətləri ilə noyabr ayı üzrə məlumatları təqdim edir.
2017-ci ilin noyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 1286 xəbər yerləşdirilib. Bunlardan 1263-ü neytral, 7-si müsbət, 16-sı isə mənfi xəbərlərdir. Mənfi xəbərlər ATA Sığorta (9 xəbər – sığorta şirkəti qanunsuzluqda ittiham olunur), AXA MBASK Sığorta (4 xəbər – sığorta şirkətində milyonluq saxtakarlıq) və AzSığorta Şirkətinə (3 xəbər –sığorta şirkətindən şikayət) məxsusdur. Müsbət xəbərlər isə ATA Sığortaya (7 xəbər – sığorta şirkəti beynəlxalq keyfiyyət sertifikatı qazanıb) aiddir.
Xəbər sayına görə sıralama:
| 1 | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi | 215 xəbər |
| 2 | Atəşgah Sığorta | 108 xəbər |
| 3 | AzSığorta | 100 xəbər |
| 4 | Günay Sığorta | 94 xəbər |
| 5 | ATA Sığorta | 92 xəbər |
| 6 | Paşa Sığorta | 77 xəbər |
| 7 | Rəvan Sığorta | 69 xəbər |
| 8 | Standard İnsurance (Sığorta) | 64 xəbər |
| 9 | AXA MBASK Sığorta | 57 xəbər |
| 10 | Dövlət Sığorta Kommersiya Şirkəti | 55 xəbər |
Mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 67 neytral xəbər dərc edilib. Noyabr ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət və mənfi xəbər dərc olunmayıb.
Xəbər sayına görə sıralama:
| 1 | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi | 23 xəbər |
| 2 | Atəşgah Sığorta | 6 xəbər |
| 3 | Günay Sığorta | 4 xəbər |
| 4 | Dövlət Sığorta Kommersiya Şirkəti | 3 xəbər |
| 5 | ATA Sığorta | 3 xəbər |
| 6 | Rəvan Sığorta | 3 xəbər |
| 7 | Standard İnsurance | 3 xəbər |
| 8 | AXA MBASK Sığorta | 3 xəbər |
| 9 | Əmrah Sığorta | 3 xəbər |
| 10 | AzSığorta | 2 xəbər |
Noyabr ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 36 xəbər göstərilib. Bu xəbərlər isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (35 xəbər) və ATA Sığorta Şirkətinə (1 xəbər) məxsusdur.

