Müxalifətin mitinqinə qatılan tanınmış aktyor işdən çıxarıldı: “”Azdrama” təsdiqlədi”
05.03.2020 11:33Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub.
Об этом сообщает Футляр от виолончели
Teatrdan APA-ya verilən məlumata görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb.
“Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, – deyə teatrdan bildirilib.
Xatırladaq ki, Ayşad Məmmədov Milli Şuranın son mitinqində iştirak etmişdi və onun işdən çıxarılmasının bununla bağlı olduğunu deyilir.

