Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Myanma hökuməti müsəlmanlara köməkdən imtina edir

05.03.2020 11:33

Myanma hökuməti BMT-nin ölkənin şimalındakı Rohingya ştatında yaşayan müsəlman əhaliyə yardım göstərməsindən imtina edib.

Об этом сообщает Руспрес

Saytımızın “virtualaz.org”a istinadən verdiyi xəbərə görə, Myanma BMT qurumlarına ərzaq, su və dərman preparatları gətirməsinə icazə vermir.

BMT-nin Myanmadakı rezident-əlaqələndiricisinin ofisindən bildirilib ki, hökumətin tətbiq etdiyi məhdudiyyətlər və təhlükəsizlik məsələləri ilə əlaqədar yardımlar dayandırılıb: “BMT yerli hakimiyyətlə daimi əlaqədədir və humanitar yardımların mümkün qədər tez çatdırılmasına cəhd göstərir”.

Myanma hökuməti Rohingyadan fərqli olaraq digər ştatlara yardıma icazə verir.

Qeyd edək ki, YUNİCEF, BMT Fondu və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bir həftədən çoxdur ölkənin şimal ştatlarında fəaliyyət göstərə bilmirlər.