Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nadir jurnalisti təhqir etdi: “Lenin uşaqlığımdır, onu məndən ala bilməzsiniz”

05.03.2020 11:33

Etdiyi paylaşımla diqqət çəkən müğənni Nadir Qafarzadə əsəbiləşdi. 

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, müğənni Nadir Qafarzadə “İnstagram” səhifəsində Rusiya inqlabçısı, SSRİ-nin qurucusu Vladimir Leninin şəklini paylaşaraq “Nostalgiya” şərhini yazmışdı. Bu məsələ ilə əlaqədar  müğənniyə zəng etdik.

Nadir Qafarzadə A24.Az-a açıqlamasında bildirdi ki,  Lenin onun uşaqlığıdır.

“Bu mənim uşaqlığımdır. Siz nə danışırsınız? Mən heç kimi təbliğ etmirəm. Bu şəkli paylaşdığım zaman altına “nostalgiya” yazmışam. Başa düşmürsünüz? Siz mənim uşaqlığımı əlimdən almaq istəyirsiniz?! Ala bilməyəcəksiniz! Gedin bir az savad alın özünüzə! Savadsızsınız, mənim nostalgiya hisslərimlə oynayırsınız!”,- deyərək o, əsəbiləşib və jurnalisti təhqir etdi.

Minirə Qubatova // A24.Az