Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nalbandyanın iddialarına Türkiyədən dərhal cavab gəldi

05.03.2020 11:33

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlamalarına cavab verib.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, Türkiyənin xarici İşlər Nazirliyi Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların təsdiqlənmə müddətinin geciklənməsində problemin Türkiyəyə aid olduğu yönündəki iddialarının həqiqəti əks etdirmədiyini bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada Nalbandyanın 13 dekabrda Afinada etdiyi çıxışı zamanı dilə gətirdiyi, Türkiyə ilə Ermənistan arasında 10 oktyabr 2009-cu ildə Zürihdə imzalanan protokolların təsdiqlənməsinin Türkiyə tərəfindən gecikdirilməsiylə bağlı səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini və ictimaiyyəti çaşdırmaq üçün belə ifadələrə yol verildiyini bidirib.

Açıqlamada, Ermənistanın bu mənfi münasibətinə baxmayaraq, Türkiyənin protokolların əsas müddəalarına sadiq qaldığını vurğulayaraq “Protokollar hələ də TBMM Xarici İşlər Komissiyasının gündəmindədir və təsdiqini tapması üçün Cənubi Qafqazda münasib atmosferin və sülh mühiti yaradılması lazımdır” deyə bildirib.

A24.az / MTM