Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Naxçıvanda yeni məscid tikilir

05.03.2020 11:34

Naxçıvan şəhərində yeni məscid binası inşa olunur.
A24.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istiandən xəbər verir ki, məscid binası ibadət zalından, 40 metrlik iki minarədən, qızlar və oğlanlar üçün iki mədrəsədən və kitabxanadan ibarət olacaqdır. Hazırda minarələrin və günbəzlərin tikintisi aparılır. 15 günbəzli məsciddə eyni vaxtda 2 min nəfər ibadət edə biləcəkdir.
Ərazidə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunur. İnzibati binada iş otaqları, tədbirlər zalı, kəbin otağı, kitabxana və bufet istifadəyə veriləcəkdir. Mərasim binasında isə hər biri 224 yerlik iki zal fəaliyyət göstərəcəkdir.
Məscid binasının həyətində abadlıq işləri aparılacaq, mərkəzi isitmə sistemi qurulacaq və dəstəmaz yerləri yaradılacaqdır.

Об этом сообщает Футляр от виолончели