Nazarbayev necə Türk dünyasının ağsaqqalı oldu? – Ruslarla savaşdan türklüyə doğru möhtəşəm addımların ssenarisi
05.03.2020 11:34“Nazarbayev çox yaxşı bilir ki, qazax xalqını hər şeydən üstün tutsa, hansı proseslər baş verə bilər”
Об этом сообщает Роспрес
Bunu A24.Az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Qazaxıstan Respublikasının prezidenti Nursulatan Nazarbayevin son illər ərzində qəbul etdiyi qərarlarla bağlı məsələsini şərh edrəkən deyib.
Politoloqun sözlərinə görə, etiraf edək ki, Nazarbayev son 1 neçə ildə ciddi islahatlara başlayıb:
“Faktiki parlamentin statusunu yüksəltməyə qərar verib. İndi funksiyalara bərabər bölüşəcək. Təhülkəsizlik və xarici siyasətə prezident məsul olacaq. Daxili islahatlara isə parlament və Nazirlər Kabineti məsuliyyət daşıyacaq. Səlahiyyətinin bir hissəsini parlamentlə bölüşür. Üstəgəl neftdən asılılığı azaltmaq istəyir. Neft gəlirləri də azalır. Sənayenin moderləşməsinə fikir vermək istəyir. Yaxınlarda bu məsələ ilə bağlı Nazarbayevin geniş bir yazısı da çıxmışdı – Sənaye necə modernləşdirilməlidir.
Siyasi şərhçinin fikrincə, bu siyasəti yürütməyinə baxmayaraq çox zaman başqa istiqamətdə görünür:
“Milli kimlik planını ön plana çıxarır. Latın qrafikasına keçid məhz bununla bağlıdır. Həmin yazıda və məqalədə Nazarbayev vurğulayır ki, biz tarixi köklərimizə qayıtmalıyıq, qazaxların mədəniyyətini öyrənməliyik. Demir ki, Qazaxıstanda yaşayanların, deyir məhz qazaxların mədəniyyətini dərindən öyrənməliyik”.
“Nazarbayev ətrafda necə dağıdıcı proseslər baş verdiyini çox yaxşı görür. Rusiyanın müəyyən siyasətindən də, Qazaxıstanın özündən də narahatdır. Baxmayaraq ki, Rusiyanın strateji müttəfiqi sayılırlar, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İttifaqı Birliyində bir yerdədirlər. Buna baxmayaraq Ukraynada baş verənlər, Nazarbayevi də qorxudub”, – deyə E.Şahinoğlu əlavə edir.
Politoloq bildirir ki, Nazarbayev ona görə də qazaxlıları ön plana alır:
“Qazaxların mədəniyyətlərinin öyrənilməsi haqqında fərmanlar verir. Bununla yanaşı da Latın qrafikasına keçid edir. Bu o demək deyil ki, Rusiya ilə arasına məsafə qoyur. Amma öz ölkəsini, vətəndaşlarını da qorumaq istəyir. Çünki Özbəkistan lideri İslam Kərimov vəfat etdikdən sonra Nazarbayev də öz gələcəyi haqqında düşünməyə başladı. Çünki hamımız öləcəyik. Nazarbayev də bunu nəzərə alaraq, indidən ölkədə elə bir vəziyyət qoyub getmək istəyir ki, özündən sonra ölkədə dağıdıcı proseslər baş verməsin”.
Elxan Şahinoğlu xüsusi qeyd edir ki, Nazarbayev Qazaxıstanın sabahını düşünərək addımlarını atır:
“Nazarbayev baş verən prosesləri təhlil edərək, müəyyən addımlar atır. Modernləşdirmə, latın qrafikasına keçid. Qazaxlıların milli kimliyinin, tarixinin araşdırılması, yeni kitabların dərci və.s bütün bunlar ondan xəbər verir ki, Nazarbayev bu günü yox məhz Qazaxıstanın sabahını düşünür”.
“Tarixi köklərə qayıdış, araşdırma işləri görülür. Hətta özünü yazdığı geniş məqalədə qazax xalqının qəhrəmanları haqqında da fikirlər bildirib. Onların dəqiqliklə araşdırılıb, öyrənilməsi məsələsinə də toxunub. Amma bu o demək deyil ki, qazax xalqını hər şeydən üstün tutacaq. Çünki onda həqiqətən ciddi problemlər yaşaya bilər. Rusiyadakı müəyyən dairələr Qazaxıstanda dağıdıcı proseslərə yaşıl işıq yandıra bilərlər. Təsəvvür edin Nazarbayev xarici siyasətdə Rusiya amilini nəzərə alır. Tutaq ki, sabah başqası prezident olsa, qərblə yaxınlaşmaq istəsə, onda görün Qazaxıstanda hansı dağıdıcı proseslər baş verə bilər”, – deyə politoloq bildirib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri vurğulayır ki, Ukrayna məsələsi hələ də gözümüzün qabağındadır:
“Nə qədər ki, Yanukoviç vardı, Rusiya Ukrayna ilə müttəfiq idi. Elə ki, Yanukoviç getdi, Ukraynanı dağıtdılar, Krımı ələ keçirdilər. Donbasda separatism yaratdılar. Və indi də onlara dəstək verirlər. İndi də Qazaxıstan hakmiyyətinin sisyasəti xoşuna gəlməsə, Rusiya bu hərəkətləri Qazaxıstanda da edə bilər. Qazaxıstanda bu prosesi həyata keçirmək üçün çox münbit məkan var. Az qala əhalinin yarısı rus dillidir”.
E.Şahinoğlu sonda qeyd edir ki, Nazarbayev milli kimlik məsələsini ön planda tutsa da, yenə çox ehtiyatlı davranır:
“Bunu tədricən həyata keçirməyə çalışır. Bu məsələyə aid bir misal deyim. Yazdığı həmin geniş yazı da da bu məsələ yer alıb: Nazarbayev latın əlifbasına keçid məsələsini hələ müstəqillik illərindən nəzərdə tutubmuş. Sadəcə olaraq bu addım üçün münasib vaxt gözləyirmiş. Yəni bu adam o qədər ehtiyatlıdır ki, təsəvvür edin, 90-ci ilin əvvəllindən latın qrafikasına keçidlə bağlı özü – özündə qərar verir, üstündən 25 il keçəndən sonra bunu açıqlayır ki, biz artıq latın qrafikasına keçməliyik. Nazarbayev bu məsələlər də müsbət və mənfi tərəfləri öyrənəndən sonra bu cür ciddi addımlar atır”.
Qeyd edək ki, ötən gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev qanunvericiliyə gənc oğlanlara saqqal saxlamağı, qızlara isə özlərini başdan ayağa qədər qaraya bürünməyi qadağanı nəzərdə tutan təkliflər irəli sürüb.
Orxan

