Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nazir Əməkdar artisti mükafatlandırdı

05.03.2020 11:34

Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Kəmalə Hüseynova Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri  Əbülfəs Qarayev tərəfindən “Fəxri Fərman”la mükafatlandırılıb.

Об этом сообщает Руспрес

Nazirliyin mətbuat xidmətindən A24.az-a verilən xəbərə görə, mükafatlandırma mərasimi Dövlət Gənc Tamaşaçılar Teatrında, iyun ayının 14-də baş tutub. Aktrisa həmin zaman Astanada keçirilən V “Səhnədən salam” Beynəlxalq Teatr Festivalında iştirak etdiyi üçün mükafatı aktrisaya teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov təqdim edib.

“Fəxri Fərman” bu günlərdə 50 illik yubileyi tamam olan aktrisaya kino və teatr sahəsində uğurlu fəaliyyətinə görə təqdim edilib.

Kəmalə Hüseynova 1990-cı ildən Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Aktrisa teatrın cari repertuarında olan bir çox tamaşalarda baş rolların ifaçısıdır.