Nazir Fazil Məmmədov öz müavini ilə quda olur – Toy olacaq…
05.03.2020 11:34
Vergilər naziri Fazil Məmmədov öz müavini Namiq Əliyevlə qohum olmağa hazırlaşır.
A24.Az xəbər verir ki, bir qədər əvvəl Fazil Məmmədovun qızı ilə Namiq Əliyevin oğlu nişanlanıb. Cütlüyün toylarının yay aylarında olacağı gözlənilir.
Namiq Əliyevin oğlunun əsasən Londonda yaşadığı və orada bizneslə məşğul olduğu bildirilir.
Fazil Məmmədovun qızının isə nazirin ailə holdinqi kimi tanınan “Synergy Group” Şirkətlər Qrupuna rəhbərlik etdiyi qeyd edilir. Yeri gəlmişkən qeyd edək ki, “Synergy Group”un rəsmi veb səhifəsində Şirkətlər Qrupunun icraçı direktoru haqda məlumat verilsə də, baş direktoru və rəhbərlikdəki digər şəxslərlə bağlı hər hansı məlumata rast gəlmək mümkün deyil.
Об этом сообщает Руспрес

