Nazirlik əməkdaşının evi qarət edildi – 30 min manat, 8 min dollar, 10 min manatlıq qızıl aparıldı
05.03.2020 11:35Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul oğurlayan şəxs tutulub.
Об этом сообщает Роспрес
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 4-də Bakı şəhər sakini Hamiz Məlikzadənin evindən 30.000 manat və 8.000 ABŞ dolları, habelə 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi Gündüz Məlikov tutulub.
Mətbuatda yayılan məlumata görə, H.Məlikzadə Ədliyyə Nazirliyinin əməkdaşıdır.

