Nazirlik ölkə üzrə reydlərə başladı – Qanunsuz ağac kömürü satanlar cərimələndi – VİDEO
05.03.2020 11:35Ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşları tərəfindən yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib.
Об этом сообщает Руспрес
100-ə yaxın kisədə ağac kömürü satılır. Onların hardan və kim tərəfindən gətirildiyi isə hələ ki, məlum deyil. Kadrlar bölgələrdə və paytaxtdakı bazarlarda çəkilib. Çəkiliş zamanı bu sualların cavabını öyrənmək istəsək də müqavimətlə qarşılaşdıq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, kömür satanlara və onu əldə edənlərə qarşı reydlərə başlanılıb. Keçirilən reydlər zamanı yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı faktları aşkarlanıb.
Faktlar əsasən Bakı, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Göygöl, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Goranboy rayonları ərazisində aşkarlanıb.
ETSN-nin əməkdaşı Raquf Mirzəyevin sözlərinə görə, bu sahə ilə məşğul olmaq üçün ekologiya və təbii sərvətlər nazirliyinin rəyi mütləqdir. Çünki bəzi ağaclar var ki, ümumiyyətlə onların kəsilməsi qanunla qadağandır.
Raquf Mirzəyev bildirdi ki, belə reydlər mütəmadi olaraq davam edəcək və qanunsuz kömür əldə edənlər və satanlar cəzalandırılacaqlar.

