Nəsrin Cavadzadə ispan filmində baş rolu oynadı
05.03.2020 11:36Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə İspaniya istehsalı olan “El Desentierro” adlı filmdə kameralar qarşısına keçib.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, ispaniyalı Nacho Ruiperezin rejissorluq etdiyi, “Taken” və “Harry Potter” ilə tanınan Arben Bajraktarajın da oynadığı filmdə Nəsrin Cavadzadə də Leonarda Sbaraglia və Jan Cornet ilə rol alıb.
Filmin dünyanın ən mötəbər film festivalları arasında göstərilən San Sebastian Film Festivalında təqdim edilməsi planlaşdırılır.
Qeyd edək ki, azərbaycanlı aktrisa Türkiyədə yayımlanan “Bizim Hikaye” serialında Tülay xarakteri ilə ekranda uğurlu performansa imza atıb.
Firuzə Alimova / MTM

