Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nəyə görə Ukraynaya getməlisiniz?

05.03.2020 11:36

Ukraynanın səyahət üçün həm ideal həm də ucuz olduğunu bilirdiniz? Təbiət mənzərələri, tarixi və modern  yerləri, gözəl şəhərləri var. Əgər bu dediklərimizlə hələ də sizi yola gətirə bilmiriksə, o zaman ekran başına və diqqətiniz bizdə olsun.

Об этом сообщает Руспрес

Ukrayna Azərbaycan vətəndaşlarından 90 günə qədər viza tələb etmir. Bakıdan birbaşa Ukraynaya həm təyyarə həm də qatarla getməyiniz mümkündür. Gediş haqqı tarifləri isə digər ölkələrə nisbətdə sərfəlidir. Sadəcə internetdə bir qədər axtarış etməyiniz, ən sərfəli üsulu seçməyiniz və uçuş tarixidən xeyli əvvəl bilet almağınız lazım gələcək.

Ukraynada digər ölkələrə nisbətdə daha münasib qiymətlərə otel tapmağınız mümkündür. Nəzərə alsaq ki, bir ölkəyə gediş-dönüş bileti və yerləşmə səyahətin əsas hissəsidir o zaman otel axtarışı üçün də bir qədər baş sındırmalı olacaqsınız.  Köməkçi vasitələriniz isə bunlar ola bilər:

Səyahətin türklərin təbirincə desək olmazsa-olmazı qidalanma… Ukraynanın istənilən şəhəri və səmtində həm dünya həm də yerli mətbəxi təklif edən münasib restoranlara rast gələcəksiniz. Digər bir məsələ qadınların alış-veriş sevgisi ilə bağlıdır. Belə ki, istər paytaxt Kiyev istərsə də Ukraynanın digər şəhərlərində brend geyimləri nisbətən ucuz qiymətə ala bilərsiniz.

Ukraynada haraları gəzə bilərsiniz?

Kiyev

Mütləq Kiyevdə ağac kəsmənin qadağan olduğunu vurğulamalıyıq. Çünki bu cür qadağa yamyaşıl təbiət, təmiz hava deməkdir. Kiyev təkcə təmiz havası ilə deyil həm də istirahət parkları, maraqlı memarlıq nümunələri ilə xoşunuza gələcək. Azadlıq meydanı, Müqəddəs Sofya kilsəsi, şəhərin giriş qapısı olaraq inşa edilən “Qızıl qapı”, Kiev muzeyi sizi təkrar bu ölkəyə gəlməyə sövq edəcək.

Lvov

Ukraynanın ən gözəl şəhəri də demək olar. UNESKO Dünya irsi  siyahısındadır bu şəhər… Rynok meydanı, Brewery muzeyi, Opera binası, Potoçki sarayı, qədim şəhər hissəsi mütləq görməniz gərəkən yerlər siyahısındadır. Ən önəmlisi şakoladının dadı dillər əzbəri olan şəhərdə qeyri-adi kafelərə mütləq baş çəkin.

Xarkov

Ukraynada tələbə şəhəri kimi sözün yaxşı mənasında ad çıxarıb. Dünyada ən tanınmış  azadlıq meydanlarından biri də bu şəhərdədir. Tarixi kilsə binalarını, Şevçenko parkını, Zooparkı mütləq gəzməlisiniz.

Sevgi tuneli

Evlənməyə hazırlaşan cütlüklərin fotosessiya üçün ən çox üz tutduğu yer. Ukraynanın Rivne rayonunun, Klevan qəsəbəsində yerləşir. Tuneldən keçən  dəmir yol xətti Klevan və Orjev qəsəbələrini birləşdirir.Tunel meşə bitkiləri ilə əhatə olunub və tam bir botanika fenomenidir. Turistlər arasında söylənilən əfsanəyə görə əgər sevgililər bu tuneldən birgə keçərək ürəklərində arzu tutarsalarsa, arzuları mütləq həyata keçəcək. Hətta tuneldə gül-çiçək əkərək hissələrini bu şəkildə ifadə edənlər və burada iz qoymaq istəyən gənclər də var.

Odessa

Osmanlı izlərinin olduğu şəhər… İmperiya dövründə şəhər Hacı bəy adını daşıyıb. Daha sonra Odessa olaraq dəyişdirilib. Lakin Odessada hələ də xeyli türk yaşayır. Gəziləcək yerlərinə gəlincə, Dövlət opera binası, Puşkin muzeyi, Petomkin pilləkənləri, Deribasovskaya prospekti gəzib-görə biləcəyiniz yerlərdəndir.

Truskavets kurort şəhəri

Şəhərdə həm yaxşıca istirahət etməyiniz həm də sanatoriyalarında müalicə almağınız mümkündür. Beyin yorğunluğundan yaxa qurtarmaq üçün ideal yerdir.

Lutsk

Volin əyalətinin mərkəzidir. Styr çayının üzərində yerləşir. Ukrayna ənənələri ilə, Avropa modernliyinin vəhdətini təşkil edir bu şəhər…Lubrant qalası, Kitab muzeyi, Lutheran kilsəsi, Heykəl evi, Lutsk incəsənət və Çan muzeylərini görməyiniz məsləhətdir.

Nərmin Kərim