Nihat Doğan canlı yayımda aktrisaya sevgisini elan etdi
05.03.2020 11:37“Söylemezsem Olmaz” verilişində aparıcılıq edən Nihat Doğan efir zamanı aktrisa Hande Erçelə sevgisini elan edib.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, verilişin digər aparıcısı Bircan İpek “mənim sizə bomba dedi-qodularım var. Deyilənlərə görə, Murat Dalkılıç və Hande Erçel eşq yaşayır” deməsindən sonra Nihat Doğan araya girib: “Sus, Hande əsla elə bir səhv etməz. O ağıllı qızdır. Əsla, Hande…”
Nihat Doğanın sözlərinə “aaaa” deyərək təəccüblənən aparıcı “Niyə, Nihat?” sualını verib. Nihat Doğan isə “o sizin gələcək yengənizdir, mənim plotonik sevgimdir” deməklə canlı yayımdan məşhur aktrisaya sevgisini elan edib.
Lakin Nihat Doğan daha sonra fikirlərinə bu şəkildə davam edib:
“Məncə, Murat Dalkılıçla bir-birilərinə yaraşmırlar. Bilirsiniz ona necə birisi yaraşır?” deyən Nihat Doğan ekranda şəkli görünən aktrisanın yanına gedərək özünün ona yaraşıb yaraşmadığını soruşub. Bununla da aparcı və müğənni Nihat Doğan gözəl aktrisaya sevgisini elan etmiş olub. Hazırda aktrisanın ona necə bir cavab verəcəyi çox maraqlıdır.
Hande Erçel kimdir?
Gənc aktrisa 1993-cü ildə Balıkesir Bandırmada dünyaya gəlib. Memar Sinan Gözəl Sənətlər Universitetində Ənənəvi Türk Sənəti fakultəsində oxuyur. 2015-ci ildə “Miss Cilivaliton of the World” müsabiqəsində iştirak edib. Azərbaycanda keçirilən bu müsabiqədə 2-ci yeri tutub. Daha sonra bir çox serial və filmlərdə rol alan aktrisa hazırda “Siyah İnci” serialında Tolgahan Sayışmanla baş rolu oynayır.
A24.az / MTM

