Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nikaha daxil olmaq istəyən 12036 nəfərdə talassemiya, 1143 nəfərdə sifilis, 209 nəfərdə QİÇS aşkarlanıb

05.03.2020 11:37

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin iyun ayının sonuna qədər müayinədən 291 431 nəfər keçib.

Об этом сообщает Роспрес

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən a24.az-a verilən məlumata görə, 1 iyun 2015-ci il – 30 iyun 2017-cı il tarixində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən olunub.

Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 12036 nəfərdə talassemiya daşıyıcılığı, 1143 nəfərdə sifilis, 209 nəfərdə isə QİÇS aşkar edilib.

2017-ci il ərzində 63137 nəfər müayinələrə cəlb edilib, 1853 şəxsdə talassemiya daşıyıcılığı, onlardan 19-da hər iki cütlük olmaqla daşıyıcılıq aşkarlanıb. 259 nəfərdə sifilis, 46 nəfərdə isə HİV1/2 QİCS qeydə alınıb.