Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nikki Heyli ABŞ-ın Qüds qərarından danışdı: Bu, doğru qərardır

05.03.2020 11:37

ABŞ-ın İsrailin paytaxtı olaraq Yerusəlimi tanımaq qərarı sülh prosesini sürətləndirməyə kömək edəcək.

Об этом сообщает Роспрес

A24.Az Fox News-a istinadən xəbər verir ki, bu haqda ABŞ BMT yanında daimi nümayəndəsi Nikki Heyli məlumat verib. Bu qərarın dünya liderləri tərəfindən tənqid olunması ilə bağlı sualı cavablandıran Nikki Heyli, “liderlər cəsarətin vacib olduğunu başa düşürlər … Bu doğru qərardır və İsrail burda istisna olmamalıdır”, – deyə o bildirib. “Biz inanırıq ki, bu, sülh prosesini sürətləndirməyə kömək edəcək … Bizim səfirliyimizə gəldikdə isə, istədiyimiz hər şeyi etməyə hər cür hüququmuz var “, – deyə amerikalı diplomat bildirib. Şərqi Qüdsün Fələstinin paytaxtı ola biləcəyini şərh edərkən, Heyli, ABŞ “iki tərəfin gəldiyi razılığa hörmət edəcək” dedi.

Xatırladaq ki, bir müddət bundan öncə ABŞ prezidenti Donald Trump Qüdsün İsrailin paytaxtı olduğunu elan edib. Trump həmçinin, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi haqqında da sənəd imzalayıb.

Orxan Aslanlı // A24.Az