Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Niyə dünyanın ən xoşbəxt uşaqları Hollandiyada yaşayır? – SƏBƏBLƏR

05.03.2020 11:37

Aparılan araşdırmalara görə dünyanın ən xoşbəxt uşaqları Hollandiyada yaşayır.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, bunun başlıca səbəbi onların ailə həyatına böyük dəyər vermələri ilə bağlıdır. Bu ölkədə valideynlər uşaqlarla ünsiyyətə daha çox önəm verir. Uşaqlar dərsə getməmişdən əvvəl hər kəs birlikdə səhər yeməyi yeyir. Bu da onların günə daha müsbət başlamalarına səbəb olur.  Hollandiyada uşaqlar dərsə gedərkən daha çox velosipeddən istifadə edir. Burada uşaqlar 6 yaşlarına qədər oxuma və riyazi biliklərə yiyələnirlər, 10 yaşına qədər də imtahana girmirlər.

Hollandiyada elit ailələrin uşaqlarını göndərəcək bahalı, özəl universitetlər yoxdur. Əksinə imkanlı ailələr övladlarını daha rəqabətçi bir təhsil almaları üçün onları Belçikaya göndərirlər.

Hollandiyalı atalar uşaqların böyüdülməsində analar qədər fəal iştirak edirlər. Ölkədə qucağında körpə uşaq daşıyan bir ata görsəniz heç də təəccüblənməyin. Dərsdən çıxan uşaqlarını evə aparmaq üçün gələnlər arasında da daha çox ataları görmək mümkündür. Hətta buna misal kimi ölkənin kralını göstərmək mümkündür. Hollandiya kralı vaxtının əksər hissəsini xanımı və övladları ilə birlikdə keçirir.