Niyə icra hakimiyyəti başçısı vəzifəsinə gənclər təyin edilmir? “İbrahim Mehdiyevi əvəz edəcək gənc kadr yoxdurmu?”
05.03.2020 11:37“Niyə icra hakimiyyəti başçısı vəzifələrinə gənc kardlar irəli çəkilmir? Bir nümunə belə yoxdur ki, xaricdə hüquq və ya iqtisadiyyat təhsili almış gənc kadr hansısa rayona icra başçısı təyin olunsun və əllərini çırmalayaraq rəhbəri olduğu rayonu başqalarından yaxşı mənada fərqləndirməyə çalışsın”.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Yasamal rayonu İcra başısı İbrahim Mehdiyev barədə yayılan şikayətləri şərh edərkən deyib.
Elxan Şahinoğlu bildirir ki, dövlət başçısı son zamanlar mühüm dövlət vəzifələrinə və yeni yaradılan təşkilatlara 30-35 yaşlı gəncləri təyin edir:
“Bir çoxu xaricdə təhsil almış həmin gənclər qabiliyyətli olduqlarını sübut etmək üçün sözün yaxşı mənasında dəridən-qabıqdan çıxır və yenilik gətirməyə çalışırlar. “ASAN” xidmət göz qabağındadır. Ancaq anlamadığım bir məsələ var. Bəs niyə icra hakimiyyəti başçısı vəzifələrinə həmin gənclər irəli çəkilmir? Bir nümunə belə yoxdur ki, xaricdə hüquq və ya iqtisadiyyat təhsili almış gənc kadr hansısa rayona icra başçısı təyin olunsun və əllərini çırmalayaraq rəhbəri olduğu rayonu başqalarından yaxşı mənada fərqləndirməyə çalışsın”.
“Götürək Yasamal rayonunu. Bu İbrahim Mehdiyev Yasamalın altını üstünə çevirib, tonlarla ağacların kəsilməsinə və onların yerində müxtəlif obyektlərin tikintisinə şərait yaradıb, indi də o qədər özünə arxayındır ki, jurnalistə əl qaldırıb. Bu məmləkətdə İbrahim Mehdiyevi əvəz edə biləcək gənc kadr yoxdurmu?”, – deyə politoloq əlavə edib.
Xatırladaq ki, aprelin 12-də paytaxtın “Sovetski” kimi tanınan ərazisində Hacı Cavad məscidinin sökülməsi ilə əlaqədar hadisə yerinə gələn Yasamal rayon icra başçısı jurnalistlərin suallarına cavab verməkdən imtina edib. Hadisə ilə əlaqədar icra başçısından kamera vasitəsilə müsahibə almağa çalışan müstəqil jurnalist Fərqanə Novruzova, İbrahim Mehdiyev tərəfindən təzyiqə məruz qalıb. Belə ki, icra başçısı əsəbi halda əlini jurnalistin kamerasına vuraraq cavab verməkdən imtina edib. Bu zaman kamera xanım jurnalistin üzünə çırpılıb. Jurnalist məsələ ilə əlaqədar aidiyyatı orqanlara şikayət edəcəyini bildirib.
Orxan Aslanlı

