Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Niyə və necə aşiq oluruq? – Elmi faktlar

05.03.2020 11:37

İnsanlıq tarixi ilə eyni yaşda olan eşqin sirri bəlkə də insanın ən uzun müddətdir ki, cavabını axtardığı məchullardan biridir.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, bir çox elm adamına görə, eşq tamamilə biokimyəvi bir periodun nəticəsidir.

Başqa bir deyimlə, məhəbbət ürəkdən başqa beyində də meydana gələ bilər.

Mayami Universitetinin professoru Berit Brogaard məhəbbətə yol açan səbəbləri açıqlayıb.

Ətraf mühitin təsirinin düşünüləndən daha artıq olduğunu vurğulayan professor bir çox insanın ətrafa uyğunlaşmaq üçün münasibətə başladığını və ya evləndiyini iddia edir.

Bu təzyiq çox zaman insanların fərqində olmadan bir-birilərinə aşiq olmaqlarına şərait yarada bilir.

Gizliliyin eşqi bəsləyən başqa bir duyğu olduğunu qeyd edən Brogard qarşı tərəfi tanımaq və onun da sizə qarşı eyni duyğuları bəslədiyini bilməyin insanları eşq mövzusunda daha da ürəkləndirdiyini qeyd edir.

Eyni fikri və düşüncələri paylaşan insanların bir-birinə aşiq olmaq ehtimalları daha çoxdur.

Araşdırmalara görə, kiminsə aşiq və ya vurğun olması insanın özünə olan inamını, sevgisini və güvənini daha da artırır.

Saç və göz rəngi, yaş, fiziki və psixoloji xüsusiyyətlər, sosial status məhəbbətin yaranıb davam etməsi üçün önəmli faktorlardır.

Ancaq buna qərar verən yenə də beynimizdir.

Başqa bir deyimlə, insanın duyğuları üzərində araşdırma aparan bir çox elm adamları çox zaman fərqində olmadan müəyyən etdiyimiz kriteriyaların kimə aşiq olacağımıza qərar verdiyini düşünürlər.