Nuru Paşanın xatirəsi Gəncədə yaşadılacaq
05.03.2020 11:38Gəncədə Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın ev muzeyi açılacaq.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, ev muzeyinin açılışı Azərbaycanın birinci müstəqilliyinin 100-cü ildönümünə həsr edilib.
Artıq Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) hazırlıqlara başlayıb. Gəncədə Şeyxzamanlı ailəsinə aid olan ev Nuru paşa Gəncədə olduğu müddətdə qərargah olaraq istifadə edilib. Bu səbəbdən həmin ev muzeyə çevriləcək.
Ev muzeyinin açılışı Qafqaz İslam Ordusunun Gəncəyə gəlişinin 100-cü ildönümündə yəni 2018-ci ilin 25 mayında açılacaq.
Nərmin Kərim

