Nüvə əjdahalarının gözü önündə BMT hər cür nüvə silahının istifadəsini qadağan etdi
05.03.2020 11:38BMT nüvə silahlarını qadağan edən beynəlxalq müqavilə qəbul edib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Çin kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və nüvə silahına sahib digər ölkələrin boykot etdiyi müzakirələr nəticəsində ortaya çıxan layihə 122 ölkənin dəstəyi ilə qəbul edilib.
Müqavilə bütün üzvlərə hər cür nüvə silahının istehsalı və istifadəsini qadağan edir. Həmçinin əvvəllər bu silahlara sahib olmuş ölkələrdən beynəlxalq müşahidəçilər nəzarəti ilə həmin silahların məhv edilməsini tələb edir.
Nüvə silahların məhv edilməsinə dair beynəlxalq kampaniyanın (ICAN) Direktoru Beatrice Fihn məsələyə dair açıqlamasında, “Bu günün nüvə əsrin sonunu başladan gün olmasını ümid edirik”,- deyə bildirib.
Danışıqları aparan BMT Konfransının sədri səfir Elayne Whyte Gomez də yazılı açıqlamasında bildirib ki, nüvə silahlarından təmizlənmiş bir dünya üçün ilk toxumlar səpilib.
Yalnız Niderland layihəyənin əleyhinə səs verib, Sinqapur isə bitərəf qalıb.
Səsvermədə ABŞ, Rusiya, İngiltərə, Çin, Hindistan, Pakistan, Türkiyə, İran, İsrail, Fransa, Almaniya, Yunanıstan, Yaponiya və İtaliya da daxil olmaqla 69 ölkə iştirak etməyib.
Layihənin qəbulundan dərhal sonra ABŞ, Böyük Britaniya və Fransa birgə bəyanat verərək bu qərara münasibət bildiriblər.
Müqavilə mətninin müzakirəsində iştirak etmədiklərini bildirən üç ölkənin açıqlamasında “Müqaviləni nə imzalamaq, nə təsdiq etmək, nə də gələcəkdə qoşulmaq fikrimiz yoxdur. Buna görə də ölkələrimizin nüvə silahı sahəsindəki hüquqi öhdəlikləri dəyişməyəcək”, – deyə bildirilib.
Açıqlamada müqavilənin təhlükəsizlik və daşındırıcılıq məsələsinə toxunmadığı, Şimali Koreyanın nüvə proqramının necə əngəllənəcəyinə dair həll də ortaya qoymadığı da vurğulanıb.

