Nüvə sınağının yaratdığı dəhşət: Şimali Koreyada mutasiyaya uğramış uşaqlar doğulur
05.03.2020 11:38Dünyanın ən qapalı ölkəsi olaraq tanınan Şimali Koreya haqqında hər gün yeni iddia ortaya qoyulur.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, nüvə sınağı barədə dəhşətli faktlar üzə çıxarılıb.
Bildirilir ki, nüvə sınağından sonra ölkədə xəstə uşaqlar doğulur.
Şimali Koreyanın Çosun Ilbo qəzetinə müsahibə verən fərarilərdən biri deyib ki, ölkədə mutasiyaya uğrayan uşaqlar doğulmağa başlayıb.
“Sınağın keçirildiyi bölgə yaxınlarında yaşayan qohumum deyir ki, xəstəxanalarda mutasiyaya uğrayan uşaqlar doğulur və yaxınları qeydiyyatdan keçmək üçün sıraya düzülüb”.
Məlumatlara görə, radiasiya yeraltı sulara sızıb. Bəzi su qaynaqları quruyub. Yerli əhali digər yerlərdən gələn sulardan da istifadə etməyə qorxur.
2010-cu ildə Şimali Koreyadan qaçan şəxslərdən biri, nüvə sınağında yaşadıqlarını bu sözlərlə ifadə edib:
“2006-cı və 2009-cu illərdə iki nüvə sınağı həyata keçirilib. Sınaq dövründə sadəcə əsgərlərin ailələri təxliyyə edilib. Onları yeraltı mədənlərdə yerləşdirmişdilər. Yerli əhali isə sınağın həyata keçirilməsindən bixəbər idi. Dəhşətli idi. Çaylarda balıqlar yox olmuşdu. Ağacların 80 %-i bununla məhv edilmişdi”.
Nərmin Kərim

