Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“O bayrağı təcili endirin!” – Ərdoğan

05.03.2020 11:38

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İraqın Kərkük şəhərində ikinci bir bayrağın (IKBY) asılmasını yanlış olduğunu bildirib.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, ölkənin Zonguldak şəhərində kütləvi açılış mərasimində çıxış edərkən Ərdoğan deyib: “Oradakı o bayrağın sahibləri bunu bilsinlər ki, separatçılıq edirlər. Mən İraq Regional Kürd Muxtariyyətinə səslənirəm: “Bu səhvdən təcili geri dönün!”

İraq mərkəzi rəhbərliyinin bu hərəkətini doğru hesab etmədiyini bildirən Ərdoğan “Biz buradan xəbərdarlıq edirik. Çünki “Kərkük kürdlərindir” cəfəngiyyatını biz Türkiyə olaraq qəbul etmirik. Kərkük türkmənin, ərəbin, kürdün – hamısınındır. “Bizimdir” iddiasının qarşılığı ağır olacaq. Bununla Türkiyə ilə münasibətlərinizi pozarsınız. O bayraqlarınızı təcili endirin, İraq milli bayrağı ilə yola davam edin. Yoxsa gəldiyimiz nöqtədən geri addım atmaq məcburiyyətində qalarsınız” -deyə bildirib.